Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimi keçirilib. SİA xəbər verir ki, imzalanma mərasimi açılış nitqindən sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırovun çıxışı ilə davam edib. Daha sonra Milli Olimpiya Komitəsinin voleybol idman növü sahəsində keçirdiyi tədbirləri əks etdirən videoçarx yayımlanıb.
Çıxışlar zamanı Azərbaycanda voleybol idman növünün inkişaf və təşviqatının vacibliyi vurğulanıb.
Sonda mətbuat konfransı baş tutub və media nümayəndələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB