"Voleybolun təşviqatı aparılmalıdır" - Şahin Bağırov

"Voleybolun təşviqatı aparılmalıdır" - Şahin Bağırov

"Azərbaycanda voleybolun inkişafına böyük həvəs var". SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimində çıxışı zamanı Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan voleybolu adını düzgün şəkildə dünyaya çatdırmalıdır: "Azərbaycanda yol tarixçəsi olduğu üçün bunu qeyd edə bilirik. Voleybolun təşviqatı aparılmalıdır. Olimpiya Komitəsinin burada dəstəyi olacağını bilirik. 3-cü səviyyəli məşqçilər kurslarının keçirilməsi MOK-a verilən bir etimaddır. Bu bizim üçün şərəfdir. Kompleksin inkişaf modeli çərçivəsində özümüzü görməkdən məmnunuq".

Bütün xəbərlər Facebook səhifəmizdə