"10 ilə yaxındır məşqçilər, hakimlər kursları təşkil edilir" - Çingiz Hüseynzadə
"Milli Olimpiya Komitəsi kompleks inkişaf modeli adlanan proqramı həyata keçirir. Bu proqram 2022-ci ildən başlayıb". SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimində çıxışı zamanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Onun sözlərinə görə, Milli Olimpiya Komitəsi və Voleybol Federasiyası arasında 10 ilə yaxındır məşqçilər, hakimlər kursları təşkil edilir: "Kursların keçirilməsi üçün maliyyə dəstəyi Milli Olimpiya Komitəsindən gəldiyi üçün maliyyə dəstəyi daha çox 1-ci və 2-ci səviyyəli məşqçi kurslarına ayrılır. Yeganə Voleybol Federasiyasında 3-cü səviyyəli məşqçi kursları keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB