Yüksək Liqa: “Milli Aviasiya Akademiyası” UNEC-i məğlub edib

Yüksək Liqa: “Milli Aviasiya Akademiyası” UNEC-i məğlub edib

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XV tura start verilib.

SİA xəbər verir ki, günün yeganə oyununda UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Milli Aviasiya Akademiyası” 5-ci yerdə qalıb. Xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.

Tura sabah keçiriləcək “Azərreyl”-“Abşeron” və “Gəncə”-“Murov Az Terminal” görüşləri ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə