Polşanın paytaxtı Varşava şəhərində hakimlər üçün A kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahanda hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.
Ədalət təmsilçiləri nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, fevralın 24-25-də keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev A kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB