Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib. SİA-nın Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən məlumatına görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində sınaq xarakterli görüşdə iştirak edəcəklər.

Millimiz bu məqsədlə artıq Gürcüstana yollanıb. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə