"Sumqayıt" Türkmənistan klubu ilə yoxlama oyunu keçirəcək

"Sumqayıt" futbol klubu yoxlama oyunu keçirəcək. "Gənclik şəhəri" təmsilçisindən SİA-ya verilən məlumata görə, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Türkmənistanın “Nebitçi” kollektivi ilə üz-üzə gələcək.

Fevralın 28-də “Kapital Bank Arena”da reallaşacaq görüş saat 16:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə