Serxio Aquero böyük futbola dönə bilər

Argentina yığması və "Mançester Siti”nin hücumçusu Serxio Aquero böyük futbola dönə bilər. SİA xəbər verir ki, o, ürəyindəki problemlər üzündən 2021-ci ildə karyerasını başa vurub.

Ölkəsinin "İndependyente” klubu Serxionun xidmətində maraqlıdır. Aquero canlı efirdə həkim-kardioloqa 10-20 dəqiqə futbol oynaya bilməsi ilə bağlı sual verib. Tibb mütəxəssisi fiziki güc toplayacağı təqdirdə, onun səhhətində problem yaranmayacağını bildirib. Məhz bundan sonra Serxio "İndependyente”nin heyətində bir neçə oyun keçirib karyerasını bitirmək arzusundadır.

Qeyd edək ki, Aquero bu klubun yetirməsidir və 2003-2006-ci illərdə komandada çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə