Qurban Qurbanovdan Juninyo açıqlaması

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçusu Olavio Juninyo ilə "Fənərbaxça"nın maraqlanması xəbərlərinə münasibət bildirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, braziliyalı hücumçu ilə bağlı İstanbul təmsilçisindən onlara müraciət olunmadığını bildirib.

Qeyd edək ki, Türkiyənin "Fotospor" nəşri "Fənərbaxça"nın skautlarının Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı cavab matçında stadiondan oyunçunu izlədiyini yazmışdı. İstanbul klubunun futbolçu üçün araşdırmalarını davam etdirəcəyi vurğulanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə