"Barselona"dan darmadağın

"Barselona" İspaniya La Liqasının 26-cı turunda evdə "Xetafe" ilə qarşılaşıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu matçda rəqibini darmadağın edib - 4:0.

Hesabı 20-ci dəqiqədə Rafinya açıb. Joao Feliks 53-cü dəqiqədə fərqi artırıb. Frenkie de Yonq 61-ci dəqiqədə 3-cü qolu vurub. Fermin Lopez isə 90+1-ci dəqiqədə son nöqtəni qoyub.

Bununla da "Barselona" xallarının sayını 57-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. "Xetafe" isə 34 xalla 10-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə