"Bu gün sanki meydanda döyüş var idi" - Qurban Qurbanov

"Bu gün sanki meydanda döyüş var idi" - Qurban Qurbanov

"Futbolçularıma və azərkeşlərimizə təşəkkür edirəm. Mən bir azərbaycanlı kimi bu birliyimizi görəndə çox sevinirəm. Öz xalqımı çox sevirəm. Son vaxtlar çox güclü Azərbaycan xalqı yaranıb”. SİA xəbər verir ki, bu sözləri “Qarabağ” baş məşqçisi Qurban Qurbanov “Braqa”ya 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhəıəsinə vəsiqə qazanmalarına münasibət bildirib: “Bizim Ali Baş Komandanımız birlik olmaq və iradəli xalq olmaqla bağlı çıxışlar edirdi. Biz müharibədən sonra daha ürəkli olmuşuq. Bu mənə böyük motivasiya verir. Bu xalqın sona kimi mübarizə aparan komandası oldu. Bu, futboldur. Amma biz 10 nəfərlə qələbə qazandıq. Bu gün sanki meydanda döyüş var idi. Futbolçularımız o qədər əziyyət çəkdi ki, axırda bunun nəticəsini gördü. Bütün xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Mən sizinlə qürur duyuram. Bir daha cənab Prezidentimizi təbrik edirəm. Mən ilk matçdan sonra cənab Prezidenti yenidən prezident seçilməsi ilə bağlı təbrik etmək istəyirdim. Amma səbr etdim ki, Bakıda bunu edim”.

Bütün xəbərlər Facebook səhifəmizdə