"Elə səhvlərə yol verdik ki, qəbuledilməz idi" - "Braqa"nın baş məşqçisi

"Elə səhvlərə yol verdik ki, qəbuledilməz idi" - "Braqa"nın baş məşqçisi

“Onsuzda ilk oyunda neqativ nəticə əldə olunmuşdu. Bura məğlub vəziyyətdə gəlmişdik”. SİA xəbər verir ki, bu sözləri Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib: “90 dəqiqə ərzində tarazlıq yarada bildik. Komanda yaxşı mübarizə apardı. Bu matçda elə səhvlərə yol verdik ki, qəbuledilməz idi. Həmin səhvlər də qalibi müəyyən etdi”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə