"Qarabağ" altıncı qolunu vurub

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.

122-ci dəqiqədə Nəriman Axundzadə vurduğu qolla hesabı 2-3 edib. Ümumi hesabda isə “Qarabağ” 6:5 önə keçib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə