"Qarabağ" "Braqa"ya qarşı - Yenilənir

"Qarabağ" "Braqa"ya qarşı - Yenilənir

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 21:45-də başlayıb.

Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan "Qarabağ"ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var. "Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidirsə, Ağdam təmsilçisinə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 0:0 (Birinci hissə)

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

Bütün xəbərlər Facebook səhifəmizdə