Bu axşam AvroLiqada keçiriləcək oyunların SİYAHISI

Bu axşam AvroLiqada keçiriləcək oyunların SİYAHISI

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. SİA xəbər verir ki, Azərbaycanı təmsil edən "Qarabağ" Portuqaliya "Braqa"sını Bakıda qəbul edəcək. "Qarabağ" ilk görüşü səfərdə keçirib və 4:2 hesabı ilə qalib gəlib.

Türkiyənin "Qalatasaray" klubu bu axşam səfərdə Çexiya "Sparta"sı ilə qarşılaşacaq. İstanbul təmsilçisi ilk oyunda rəqibini 3:2 hesabı ilə məğlub edib.

21.45. "Frayburq" (Almaniya) - "Lans" (Fransa)
İlk oyun 0:0

21.45. "Qarabağ" (Azərbaycan) - Braqa (Portuqaliya)
İlk oyun 4:2

21.45. "Renn" (Fransa) - "Milan" (İtaliya)
İlk oyun 1:3

21.45. "Tuluza" (Fransa) - "Benfika" (Portuqaliya)
İlk oyun 1:2

00.00. Roma (İtaliya) - Feyenoord (Niderland)
İlk oyun 1:1

00.00. "Marsel" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna)
İlk oyun 2:2

00.00. "Sparta" (Praqa, Çexiya) - "Qalatasaray" (Türkiyə)
İlk oyun 2:3

00.00. "Sportinq" (Portuqaliya) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun 3:1.

Qeyd edək ki, "Qarabağ" - "Braqa" oyununa Azərbaycanın "CBC Sport" və Rusiyanın "Futbol 3" telekanallarında açıq yayımda baxmaq mümkün olacaq.

"Sparta" - "Qalatasaray" oyunu isə Azərbaycanın "CBC Sport" və Rusiyanın "Futbol 1" kanallarında canlı olaraq açıq yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə