“Sumqayıt” ekvadorlu futbolçu ilə müqavilə imzalayıb

“Sumqayıt” ekvadorlu futbolçu ilə müqavilə imzalayıb

“Sumqayıt” komandası heyətini ekvadorlu futbolçu ilə gücləndirib. Klubdan SİA-ya verilən məlumata görə, Xordan Resabala ilə 2024-cü ilin sonunadək müqavilə imzalanıb.

Ekvadorun “İndependyente” komandasının yetirməsi olan 24 yaşlı yarımmüdafiəçi son olaraq ölkəsinin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə