Məşhur futbolçu həbs olunub - FOTO

Məşhur futbolçu həbs olunub - FOTO

"Barselona"nın əfsanəvi braziliyalı futbolçusu Dani Alves cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məşhur braziliyalı futbolçu Dani Alves 2022-ci il dekabrın 31-də gecə klubunda qadına təcavüz etməkdə ittiham olunub.

Şikayətdən 3 həftə sonra həbs edilən Dani Alves təxminən 1 il həbsdə qalmışdı. Dani Alves daha əvvəl qatıldığı dinləmələrdə zorlama ittihamını rədd etmiş və "Getmək istəsəydi, gedə bilərdi, orada olmaq məcburiyyətində deyildi. Amma heç vaxt ayrılmaq istəmədi" deyərək özünü müdafiə etmişdi.

Alves cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin əsaslandırılmış qərarında, Dani Alvesin qəfildən zərərçəkmiş qadını tutub yerə yıxdığı, hərəkət etməsinə mane olduğu, razılıq vermədiyi halda cinsi əlaqədə olduğunu sübut etdiyi, lakin zərərçəkmiş qadının razılığına dair heç bir dəlil olmadığı bildirilib.

Futbol karyerasında “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi böyük klublarda çıxış edən Dani Alves Braziliya Milli Komandasında da 100-dən çox oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə