""Qarabağ" yeganə futbol komandası ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

""Qarabağ" yeganə futbol komandası ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Son illər ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb desəm, yanılmaram". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O, bildirib ki, “Qarabağ” futbol klubunun "Braqa" komandasını 1-ci oyunda məğlub etməsi ilə növbəti mərhələlərdə dövlətimiz təmsiletmə şansı qazanmışdır: "Təbii ki, bu qələbənin çox böyük əhəmiyyəti, mənası var. Bu sadəcə olaraq idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında, idman meydançalarında da qələbələr qazanırıq. Həmçinin bu qələbə son illər ərzində ölkəmizdə idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İstər Avropa və dünya çempionatlarında, istərsə də Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr göstərirlər. Bakıda keçirilmiş idman oyunları bir daha Azərbaycanın idman ölkəsi kimi tanınmasının nümünəsidir.

"Qarabağ" 2024 – cü ildə Azərbaycan futbolu adına böyük bir ilkə imza ataraq, Avropa liqasında qrup mərhələsini ikinci sırada tamamlayıb, növbəti vacib mərhələyə addımlayıb. Bugünkü oyun tarixi uğurun astanasında olan milli komandamız üçün çox əhəmiyyətlidir. Əgər Qarabağ bu oyunu uğurla tamamlasa, Azərbaycanı Avropada təmsil edən yeganə komanda olaraq adını tarixə yazdıracaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə