"Qalatasaray" bu gün Çexiyada "Sparta" ilə üz-üzə gələcək

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Okan Burukun baş məşqçisi olduğu komanda Çexiyada “Sparta”nın qonağı olacaq.

Praqadakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu komandalar arasında İstanbulda reallaşan ilk görüşdə "sarı-qırmızılar" qələbə qazanıb - 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə