Azərbaycanın yeniyetmə güləşçiləri təlim-məşq toplanışına başlayıblar

Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi növbəti təlim-məşq toplanışına start verib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Xaçmaz Olimpiya İdman Kompleksində başlayan hazırlıq prosesi martın 9-dək davam edəcək.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında 28 güləşçi iştirak edir.

Təlim-məşq toplanışı 12-14 martda Türkiyədə keçiriləcək Zəfər Kubokuna və 10-16 iyunda Finlandiyada təşkil ediləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə