…“Barselona”nın yarımmüdafiəçisi Frenki De Yonq klubu tərk edə biləcəyi ilə bağlı yayılan məlumatlara cavab verib. …Mətbuatın haqqımda yazılanlardan sonra bir az əsəbiləşdim. Burada doğru olmayan bir çox şeylər ortaya çıxdı. Media mənim maaşımdan, ildə 40 milyon avro aldığımdan çox danışır, bu həqiqətdən uzaqdır. Bunu dayandırmalısınız. “Barselona”da çox xoşbəxtəm və burada uzun müddət qalmaq istəyirəm.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, de Yonq bunu Çempionlar Liqasında "Napoli" ilə matçdan əvvəl mətbuat konfransında bildirib.
Xatırladaq ki, daha əvvəl futbolçunun "Tottenhem" və PSJ-yə keçə biləcəyi bildirilirdi.
Yeri gəlmişkən, 2019-cu ildən "Barselona"da çıxış edən yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
...Bu mövsüm de Yonq bütün yarışlarda 24 oyun keçirib və 1 qol vurub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB