“Beşiktaş” futbolçu ilə müqaviləsini ləğv edib

“Beşiktaş” futbolçu ilə müqaviləsini ləğv edib

Türkiyənin “Beşiktaş” klubu 21 yaşlı yarımmüdafiəçi Emirhan Delibaşın tanışlıq saytında hesabı olduğu üçün onunla bağladığı müqaviləyə xitam verib. SİA xəbər verir ki, qeyd olunub ki, azarkeşlər sevimli komandasının oyunçusunun davranışından narazı qalıblar. İdmançı “Tinder”də hesab açıb. O, profilində “Beşiktaş”ın peşəkar futbolçusu olduğunu qeyd edib və klubun köynəyində fotosunu yerləşdirib.

Xatırladaq ki, Delibaş “Beşiktaş”ın məzunudur. Bu mövsüm o, komandanın iki oyununda iştirak edib.

Artıq futbolçunun gedişi “Beşiktaş”ın rəsmi saytında da təsdiqlənib.

“Peşəkar futbolçu Emirhan Dəlibaşla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Emirhan Delibaşa gələcək karyerasında uğurlar arzulayırıq”, - deyə məlumatda bildirilib.

Futbolçunun özü ona böhtan atıldığını və tanışlıq saytındakı hesabının saxta olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə