Azərbaycan parataekvondoçuları Prezident Kubokunda iştirak edəcəklər

Azərbaycan parataekvondoçuları Prezident Kubokunda iştirak edəcəklər

Azərbaycanın parataekvondo millisi İranın paytaxtı Tehranda keçiriləcək Dünya Taekvondosunun Prezidentinin Kubokunda iştirak edəcək. SİA xəbər verir ki, turnir fevralın 20-də başlayacaq.

Yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) mübarizə aparacaqlar.

Onların hamısı K-44 kateqoriyasında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə