“Barselona” yeni baş məşqçisini seçib..?

“Barselona” yeni baş məşqçisini seçib..?

Xəbər verildiyi kimi, Xavinin mövsümün sonunda klubu tərk etmək niyyətini bildirməsindən sonra “Barselona” yeni məşqçi axtarışına başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Barselona” prezidenti Joan Laporta və idman direktoru Deko Roberto de Zerbinin namizədliyini təsdiqləyiblər.

Mənbənin məlumatına görə, artıq “Barselona” təmsilçiləri de Zerbinin nümayəndələri ilə görüş keçirib.

Amma problem ondadır ki, italyan məşqçi ingilis klubu üçün 10 milyon avro təzminat ödəməli olacaq. De Zerbinin agentləri “Barselona”nın bu problemi həll etmək üçün onlara vaxt vermələrini xahiş ediblər.

Eyni zamanda, “Barsa” təzminat məsələsi müsbət həll olunarsa, bu işi məhz italiyalının alacağına zəmanət verib. Qeyd edək ki, “Barselona” De Zerbi komandalarına aşıladığı üslubu nəzərə alaraq klubun DNT-sinə uyğun gələn məşqçi hesab edir.

Yeri gəlmişkən De Zerbinin namizədliyi Barselonada ən çox dəstəklənən namizəddir.

…Alternativ variant isə hazırda işsiz olan Hans-Dieter Flickdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə