Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib - FOTOLAR

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış edərək Azərbaycanda idmanın inkişafından, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısından bəhs edib: “Azərbaycan Cüdo Federasiyası öz işini məharətlə görür. Cüdo ölkəmizin regionlarında sürətlə inkişaf edir”.

Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Sonra “Böyük dəbilqə” turnirində mübarizə davam etdirilib.

Qeyd edək ki, fevralın 18-dək davam edəcək turnirdə 33 cüdoçumuz iştirak edir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə