Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. SİA xəbər verir ki, dörd oyunçunun yer aldığı siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir də var.
"Qarabağ" pley-off mərhələsinin ilk oyununda "Braqa"nı məğlub edib - 4:2. Zubir bu görüşdə iki qol vurub.
Bu ada "Qarabağ"dan Abdullah Zubir, "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anxel Di Mariya namizəd göstərilib.
Qeyd edək ki, həftənin oyunçusu UEFA-nın saytında aparılan səsvermə ilə müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB