“Çox güclü və dinamik komandaya qarşı oynayacağıq. Rəqibə hörmətlə yanaşırıq. İnanırıq ki, sabahkı matçda keyfiyyətli oyun sərgiləyəcəyik”.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Əlli bir yaşlı mütəxəssis sabahkı görüşə ciddi hazırlaşdıqlarını bildirib: "İstəkli rəqibə qarşı oynayacağıq. Arxayınlaşmaq olmaz. Onlar da turnirdə daha irəli getmək istəyirlər. Hazırda statistikalara deyil, sabahkı matça fikrimizi yönəltməliyik".
O, üstünlüyün "Braqa"nın tərəfində olduğunu söyləyib: "Biz də əlimizdən gələni edəcəyik. Təslim olmaq istəmirik. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB