…Kataloniya "Barselona"sının müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.
“Todofichajes”in jurnalistlərinin verdiyi məlumata görə, “Mançester Yunayted” 25 yaşlı fransızı transfer etməkdə maraqlıdır.
Müqavilə yay transfer pəncərəsində tamamlana bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Kundenin potensial transferi 60 milyon avro ola bilər.
Qeyd edık ki, tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyunun sonunda başa çatır.
Onu da qeyd edək ki, İspaniya çempionatının bu mövsümündə müdafiəçi 21 oyun keçirib və bu oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB