Azərbaycan para-atleti beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan para-atleti beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan para-atleti Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Qran-Pri turnirində iştirak edəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançı F55 kateqoriyası üzrə nüvə itələmə növündə qüvvəsini sınayacaq.

Turnir fevralın 13-15-də təşkil olunacaq.

Qeyd edək ki, Oloxan Musayev artıq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə