“Abşeron” favorit olduğu matçda qələbə qazanıb

“Abşeron” favorit olduğu matçda qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. SİA xəbər verir ki, XIII turun matçında “Abşeron” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.

Mükafatlar uğrunda mübarizə aparan nominal meydan sahibləri “tələbələr”ə qalib gəlib - 3:0 (25:10, 25:22, 25:17).

Qeyd edək ki, "Azərreyl" 33 xalla liderdir. "Murov Az Terminal" 29 xalla ikinci, "Abşeron" 27 xalla üçüncüdür. Növbəti sıralardakı "Gəncə"nin 13, “Milli Aviasiya Akademiyası”nın 9, UNEC-in isə 0 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə