Almaniyadakı reytinq xarakterli turnirdə Azərbaycanın dörd paracüdoçusu iştirak edəcək
Almaniyanın Heydelberq şəhərində keçiriləcək "IBSA Judo Grand Prix Heidelberg 2024" yarışında iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub. Azərbaycan Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, turnirdə Vüqar Şirinli (60 kq, J2 kateqoriyası), Namiq Abaslı (73 kq, J2 kateqoriyası), İlham Zəkiyev (+90 kq, J1 kateqoriyası), Sevda Vəliyeva (57 kq, J2 kateqoriyası) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, fevralın 17-18-də keçiriləcək yarış Paris-2024 Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB