Azərbaycanın güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov İspaniyanın Qranada şəhərində gənclər arasında keçirilən Dünya Kubokunda finala yüksəliblər. Azərbaycan Atıcılıq Federasiyasından SİA-ya verilən məlumata görə, onlar qarışıq komanda yarışlarında fərqləniblər.
Sofiya Barxalova və Hacı Musayev isə 5-ci yerlə kifayətləniblər. Onlar ispaniyalı rəqibləri ilə eyni xal toplasalar da, mərkəzi atışlarda ispaniyalı rəqiblərinə nisbətən aşağı nəticə göstəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB