İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Dünya Kuboklarında mübarizə aparacaqlar. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov kişilər, Nazənin Teymurova isə qadınlar arasında çıxış edəcəklər.
Dünya Kubokları Misirin paytaxtı Qahirədə və Almaniyanın Kotbus şəhərində keçiriləcək.
Turnirlər müvafiq olaraq 15-18 və 22-25 fevralda reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB