Hulen Lopeteqi "Milan"a rəhbərlik edə bilər

Hulen Lopeteqi "Milan"a rəhbərlik edə bilər

"Real"ın və İspaniyanın sabiq baş məşqçisi Hulen Lopeteqi "Milan"a rəhbərlik edə bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İtaliya klubu hazırda Stefano Piolinin davamçısı kimi bu məşqçini ən üstün variant hesab edir. İspan gənc və uğurlu layihənin hazırlanmasında metodologiyası və bacarığına görə "rossonerlilər"in idarə heyətinin ən sevilən mütəxəssislərindən biridir.

Lopeteginin namizədliyi ilə "Bayer Leverkuzen" də maraqlıdır.

Bir müddət əvvəl Hulen Səudiyyə Ərəbistanından "Əl-İttihad"ın təklifini rədd etmiş, həmçinin Premyer Liqanın bir neçə klubundan da imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə