Kataloniya “Barselona”sının baş məşqçisi Xavi Hernandesi artıq kluba tanış olan mütəxəssislə əvəz edə bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “blauqrana”nın variantlarından biri kataloniyalılara 2014-2017-ci illərdə başçılıq etmiş Luis Enrikedir.
Xatırladaq ki, Enrike hazırda PSJ-nin məşqçisi kimi çalışır, lakin son vaxtlar Fransa mətbuatı ispaniyalını getdikcə daha çox istefaya göndərir.
Təbii ki, hazırda şayiə də olsa, amma hər halda PSJ oyunçularının mütəxəssisin işindən narazı olduqları iddia edilir.
Xatırladaq ki, Enrike daha əvvəl məşqçi kimi debüt mövsümündə “Barselona” ilə Çempionlar Liqasını qazanmışdı.
Onu da xatırladaq ki, Enrike futbolçu karyerası ərzində “Barselona”da oynayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB