"Beşiktaş"dan Danil Qlebovun təklifinə "rədd" cavabı

"Beşiktaş"dan Danil Qlebovun təklifinə "rədd" cavabı

Rusiya mətbuatında yer alan xəbərlərdə "Beşiktaş"ın "Rostov"un milli futbolçusu Danil Qlebov üçün etdiyi təklifin rədd edildiyi iddia edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, transferin son günündə "Beşiktaş" heyətini gücləndirmək üçün səylərini davam etdirir.

"Rostov”un idman direktoru Aleksey Rıskin bildirib ki, təklif kafi sayılmadığı üçün rədd edilib. 24 yaşlı futbolçu bu mövsüm “Rostov”un heyətində 24 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Bazar dəyəri 8 milyon avro olan forvard libero Rusiya millisi ilə 10 dəfə oynamaq şansı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə