"Fənərbaxça" Serdar Dursunu yenidən heyətinə qatıb

"Fənərbaxça" Serdar Dursunu yenidən heyətinə qatıb

Superliqa komandalarından olan "Fənərbağça"nın transferin son günündə "Fatih Karagümrük"dən keçmiş hücumçusu Serdar Dursunu heyətinə qatdığı bildirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-göylü komandanın həm Fatih Karagümrük, həm də Serdar Dursunla anlaşdığı bildirilib.

32 yaşlı təcrübəli hücumçu bu mövsüm Fatih Karagümrük forması ilə 25 matçda 6 dəfə fərqlənib. Serdar Dursun 2021-2023-cü illər arasında "Fənərbaxça"da çıxış etdiyi müddətdə cəmi 64 matçda forma geyinib və 19 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə