“Fənərbağça”nın oyunundan sonra baş verən dava ilə bağlı araşdırma aparılır

“Fənərbağça”nın oyunundan sonra baş verən dava ilə bağlı araşdırma aparılır

Bu axşam oynanılan “Trabzonspor”-“Fənərbağça” oyunundan sonra meydana girən azarkeşlərlə bağlı araşdırma aparılır. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

Bildirilib ki, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

“İdman hər şeydən əvvəl alicənablılıqdır. Futbol meydanlarında şiddətin baş verməsi əsla qəbuledilməzdir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə