Portuqaliyalılar azərbaycanlı azarkeşlər üçün bu qədər bilet ayırdı

Portuqaliyalılar azərbaycanlı azarkeşlər üçün bu qədər bilet ayırdı

Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq “Qarabağ”ın azarkeşləri üçün 1500 bilet ayrılıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin biletlər matçdan 2 saat öncə satışa çıxarılacaq.

Bileti əldə etmək istəyənlər stadiondakı kassalara yaxınlaşaraq əldə edə biləcəklər.

Qeyd edək ki, “Braqa” – “Qarabağ” oyunu fevralın 15-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə