Azərbaycan millisinin baş məşqçisi təlim keçəcək

Azərbaycan millisinin baş məşqçisi təlim keçəcək

Atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov “Beynəlxalq məşqçiliyin zənginləşdirilməsi sertifikat proqramı” çərçivəsində təlim keçəcək. SİA xəbər verir ki, tədbir fevralın 19-da və 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq.

Təlim “İdmançıların uzunmüddətli inkişafı: sürət, güc, dözümlülük, əyilgənlik və bacarıqların sürətlənmiş inkişaf müddəti” mövzularında olacaq. İştirakçılar sonda sertifikatla təmin ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə