Fodenin het-triki “Mançester Siti”yə qələbə qazandırdı

Fodenin het-triki “Mançester Siti”yə qələbə qazandırdı

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir. SİA xəbər verir ki, son çempion “Mançester Siti” “Brentford”un qonağı olub. Qvardiolanın yetirmələri ilk topu buraxan tərəf olsalar da, matç ərzində rəqibi qol vurmağa peşman ediblər. Fodenin het-triki “şəhərlilər”ə qələbə qazandırıb - 1:3.

Bu nəticədən sonra “Mançester Siti” 49 xalla turnir cədvəlində ikincidir. Lakin klubun ehtiyatda bir oyunu var. “Brentford” isə 22 xalla 15-cı sıradadır. Çempionata 51 xala malik “Liverpul” başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə