Poçettino istefaya göndərilir?

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino istefaya göndərilə bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın hazırkı nəticələrindən narazıdır və "Vulverhempton"la matçdakı məğlubiyyət (2:4) "mavilər"in funksionerlərini çox üzüb.

Xatırladaq ki, "zadəganlar" hazırda İngiltərə Premyer Liqasında 23 turdan sonra 31 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə