Samir Abasov: Futbolçularım sonadək mübarizə apardılar

Samir Abasov: Futbolçularım sonadək mübarizə apardılar

Möhtəşəm qələbəyə görə futbolçuları və azarkeşləri təbrik edirəm.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXI turunda doğma meydanda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının çıxışından razı qaldığını bildirib: "Neftçi" ilə ölkə kubokunun ilk oyunundakı yorğunluq bu matçda hiss olunurdu. Oyunçulara demişdim ki, buradakı mübarizəmiz növbəti qarşılaşmalara təsir edəcək. Futbolçularım da sonadək döyüşdülər. Azarkeşlərimiz möhtəşəm atmosfer yaratmışdılar. Bu cür ab-havanı növbəti görüşlərdə də görmək istəyirik".

Transfer məsələsinə toxunan 46 yaşlı mütəxəssis bir hücumameyilli oyunçu transfer etmək istədiklərini söyləyib.

S.Abasov matçdan öncə futbolçularının ona xatirə olaraq köynək hədiyyə etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə