“Barselona” futbol üzrə İspaniya çempionatının 23-cü turu çərçivəsində səfərdə “Alaves”ə qalib gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, görüş 3:1 hesabı ilə mavi qranatlıların xeyrinə başa çatıb.
Qaliblərdən qolları Robert Levandovski, İlkay Gündoğan və 72-ci dəqiqədə iki sarı vərəqə alaraq meydandan qovulan Vitor Roke vurub.
“Alaves”də isə Samu fərqlənib.
Günün digər matçlarında "Valensiya" doğma meydanda "Almeriya"nı məğlub edib (2:1), "Qranada" və "Las Palmas" 1:1 hesablı heç-heçə edib.
Hazırda “Barselona” 50 xalla La Liqanın turnir cədvəlində üçüncü, “Alaves” (26) 12-ci, “Real” isə (57) liderdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB