“Sabah” doğma meydanda “Turan Tovuz”la heç-heçə edib

“Sabah” doğma meydanda “Turan Tovuz”la heç-heçə edib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün ikinci oyununda “Sabah” və “Turan Tovuz” komandaları üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Hesabı 11-ci dəqiqədə qonaqların heyətində Aleks Souza açıb. Matçın yekun nəticəsini 22-ci dəqiqədə Kahim Parris müəyyənləşdirib.

Günün ilk oyununda "Qarabağ" "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.

Bugünkü nəticələrdən sonra "Qarabağ" 50 xalla liderdir. Xallarını 27-yə çatdıran "Sabah" 5-ci sıraya yüksəlib. Eyni xala malik "Səbail" 7-cidir. "Turan Tovuz" isə 26 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 4-5-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə