Qurban Qurbanov: Süni meydançada oynamaq çətindir

Qurban Qurbanov: Süni meydançada oynamaq çətindir

"Çox vacib qələbə qazandıq. Qarşımızda istəkli komanda var idi. Qələbəyə görə futbolçularımı təbrik edirəm".

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis süni meydançada oynamağın çətin olduğunu söyləyib: "Səbail" bu cür örtükdə oynamağa öyrəşib. Amma mən bunu bəhanə etmirəm. Futbolçularım istədiklərimi meydanda yerinə yetirdi".

O, UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyunlarda heyətdə ciddi dəyişikliklər etməyəcəyini vurğulayıb.

Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergünün matçı stadiondan izləməsinə də münasibət bildirən Q. Qurbanov əlavə edib: "Bu barədə məlumatım yox idi. Azərbaycana xoş gəlib".

Təcrübəli çalışdırıcı rusiyalı baş məşqçi Murad Musayevin "Sabah"la yollarını ayırmasına da toxunub: “Güclü məşqçidir. Təəssüf ki, Musayev kimi istəkli mütəxəssis Azərbaycandan getdi. Ona qarşı oynamaq mənim üçün xoş idi. Ancaq verilən qərarlar bizdən asılı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə