"Barselona”nın baş məşqçisi Xavi La Liqanın 23-cü turunun “Alaves”lə oyunu ərəfəsində polşalı hücumçu Robert Levandovskinin geriləməsindən danışıb.
Qeyd edək ki, Levandovski sonuncu dəfə İspaniya çempionatında “Jirona” ilə XVI tur matçında qol vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu mövsüm 35 yaşlı polyak 30 matçda cəmi 13 qol vurub.
...Robert nümunəvi hücumçudur. Yaxşı məşq edir və məndən necə faydalı ola biləcəyini soruşur. Söhbət zamanı Levandovski özünü yaxşı hiss etdiyini deyir.
Ona görə də ona kömək etməliyik. Bizim vəzifəmiz onu toplarla təmin etməkdir. Yaşlandıqca, təbii ki, yaş özünü göstərir, ona görə də düşüncənizi dəyişdirməlisiyiz. Robert hələ də təkmilləşməyə qadirdir.
...Xavinin bu sözlərini “Sport.es” sitat gətirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB