“Sabah”ın baş məşqçisi İSTEFA VERDİ

“Sabah”ın baş məşqçisi İSTEFA VERDİ

"Sabah"ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Paytaxt təmsilçisindən SİA-ya verilən məlumata görə, toplantı zamanı rusiyalı mütəxəssis komandadan ayrılmaq istəyini rəhbərliyin diqqətinə çatdırıb.

Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrdan "Sabah"da işləyib. "Bayquşlar" onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə