18 yaşlı Rokenin qolu "Barselona"ya qələbə qazandırdı

18 yaşlı Rokenin qolu "Barselona"ya qələbə qazandırdı

“Barselona” futbol üzrə İspaniya çempionatının 20-ci turunun təxirə salınmış ev oyununda "Osasuna"ya qalıb gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, görüş 1:0 hesabı ilə başa çatıb.

Yeganə qolu 63-cü dəqiqədə 18 yaşlı braziliyalı Vitor Roke vurub.

Qeyd edək ki, “Osasuna” futbolçuları matçın sonunu azlıqda keçirib, 67-ci dəqiqədə Unai Qarsiya ikinci sarı vərəqə ilə meydandan qovulub.

Hazırda 47 xalı olan "Barselona" La Liqanın turnir cədvəlində üçüncü, "Osasuna" (26) 11-ci pillədə qərarlaşıb.

22-ci tur çərçivəsində fevralın 3-də “Barselona” səfərdə “Alaves”, bir gün sonra isə “Osasuna” “Selta”nı qəbul edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə