Bu gün kişi voleybolçuların Yüksək Liqasında XI tura start veriləcək. Azərbaycan Voleybol Federasiyasından (AVF) SİA-ya verilən məlumata görə, turun açılış matçında “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılacaq qarşılaşma fevralın 1-də saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Murov Az Terminal” 18 xalla turnir cədvəlinin lideridir. “Neftçi” isə 13 xalla üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB